Ekvadorda iğtişaşlar zamanı 13 nəfər həlak olub
Ekvador hökuməti həbsxanalarda xaotik vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan etdikdən sonra cinayətkar dəstələr iğtişaşlar törətməyə başlayıb.
Fhnews.az xəbər verir ki, Ekvador mətbuatının bu gün yaydığı məlumata görə, azı 13 nəfər iğtişaşların qurbanı olub. Onlardan 11 nəfəri mülki şəxs, ikisi isə polis əməkdaşıdır. Yanvarın 8-dən indiyədək ölkənin bir sıra şəhərlərində cinayətkar dəstələr 29 silahlı hücum həyata keçirib. Hücuma məruz qalan yerlər arasında telekanal və bir neçə xəstəxana da var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 40-dan çox şəxsi saxlayıb. Ekvador Prezidenti Daniel Noboa yaranmış vəziyyəti “daxili silahlı münaqişə” kimi qiymətləndirib. Əmək Nazirliyi dövlət və özəl qurumlara məsafədən işə keçməyi tövsiyə edib.
Son illər Ekvadorda zorakılıq halları kəskin artıb. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanaların bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi olaraq toqquşmalar baş verir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...