Efiopiyada son altı ayda yol qəzalarında 1358 nəfər həlak olub
Efiopiyada son altı ay ərzində baş verən yol-nəqliyyat hadisələrində 1358 nəfər ölüb.
Fhnews.az “China.org” saytına istinadla xəbər verir ki, Efiopiyanın rabitə xidməti üzrə dövlət naziri Selamavit Kassa jurnalistlərə açıqlamasında ölkədə ölümlə nəticələnən yol qəzalarındakı artımın ciddi narahatlıq doğurduğunu söyləyib. O, həmçinin son altı ayda qəzalar nəticəsində 2672 nəfərin ciddi xəsarət aldığını bildirib.
Nazirin sözlərinə görə, yol qəzalarının 60 faizindən çoxunun günahkarı sürücülərdir.
Statistikaya görə, iqtisadi yüksəliş son bir neçə il ərzində Efiopiyada nəqliyyat vasitələrinin sayında sabit artıma səbəb olub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...