22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan xəstələnir

14-06-2024
IMG

Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir.

Fhnews.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka deyib.

F.Branka 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib. O, qida yoluxucu xəstəliklərin yüzdə qırxının 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib. Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən F.Branca təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb: “Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Qida yalnız təhlükəsiz olduqda ehtiyacları ödəyə bilər”.

Paylaş: