Çinin “Chery” şirkəti Vyetnamda avtomobil zavodu tikəcək
Çinin “Chery” avtomobil istehsalçısı Vyetnamda 800 milyon dollar dəyərində zavod tikərək birgə müəssisə qurmaq üçün yerli şirkətlə müqavilə imzalayıb.
Fhnews.az “The Straits Times” saytına istinadla xəbər verir ki, imzalanma mərasimindən sonra verilən açıqlamaya əsasən, ildə 200 min avtomobil istehsal etmək gücünə malik zavodda “Chery”nin “OMODA” və “JAECOO” elektrik modelləri buraxılacaq.
Tikintinin birinci mərhələsinin 2026-cı ilin əvvəlində başa çatması gözlənilir.
Avropada avtomobil satan və İtaliyada bir zavodu olan “Chery” bu ilin sonunadək iki yeni elektromobil modelini Vyetnama idxal etməyə başlayacaq.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...