Çinin cənubunda meşə yanğınının sahəsi genişlənir
Çinin Tibet Muxtar vilayətinin Yajiang rayonu ərazisində başlayan təbiət yanğınını hələ də nəzarət altına almaq mümkün olmayıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, meşə yanğını səbəbindən indiyədək 3396 nəfər təxliyə edilib. Çin Fövqəladə Hallar Nazirliyi yanğının şənbə günü günortadan sonra güclü külək nəticəsində dağ yamaclarına keçdiyini bildirib. Ölkənin hakimiyyət orqanları bölgədə dördüncü səviyyəli fövqəladə vəziyyət rejimi elan edib. Yanğınlarla mübarizə üçün əraziyə milli və yerli idarələrdən 1260 yanğınsöndürən göndərilib.
Xatırladaq ki, bir müddət öncə Çinin Yunan əyalətinin cənubunda baş verən iki ayrı meşə yanğını nəticəsində dörd nəfər həlak olub. Lincanq şəhəri yaxınlığında 5,33 hektar ərazini külə döndərən təbiət yanğınları zamanı isə üç nəfər ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...