13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Çində magistral yol çöküb, 18 avtomobil dağıntılar altında qalıb

01-05-2024
IMG

Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 18 avtomobil dağıntılar altında qalıb.

Fhnews.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hadisə Meyçjou şəhərində baş verib. Xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Dağıntıların təmizlənməsi işləri aparılır. Hadisənin səbəbləri araşdırılır.

Paylaş: