13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Çin imperatorunun 2200 illik möhtəşəm məzarı aşkar edilib

01-05-2024
IMG

Tapıntılar Çinin şərqində Çjou sülaləsinin siyasi, iqtisadi və mədəni vəziyyətinin mənzərəsini təqdim edə bilər. 

Cjhou Şin, Han, Vey, Zhao, Xi və Yan ilə birlikdə 7 döyüşən dövlət arasında olub. Bu dövlətlərin sonrakı birləşməsi müasir Çinin başlanğıcı hesab olunur. Tədqiqatçılar daha əvvəl Çjou sülaləsinin ən geniş miqyaslı arxeoloji qazıntı yerlərindən biri olan Vuvanqdunda 1,5 kvadrat kilometr ərazini əhatə edən qəbiristanlıq aşkar etmişdilər. Bu qəbiristanlıqda buranın sahibi olduğu güman edilən şəxsin döyüş arabası, qurbanlıq çuxurları və sarkofaqları aşkar edilib.

Tədqiqatçılar  müxtəlif artefaktlar, o cümlədən dəfn kamerasının örtük lövhələri, bu lövhələrdəki bambuk həsirlər və lakla örtülmüş əşyalar aşkar ediblər.Təxminən eramızdan əvvəl 220-ci ilə aid olan türbədən indiyədək mindən çox mədəniyyət qalığı, o cümlədən tunc ritual qablar, musiqi alətləri, laklı əşyalar və bitki qalıqları aşkar edilib.

Qazıntılar zamanı dəfn kamerasının mərkəzində yerləşən mindən çox yazı simvolu olan tabut da aşkar edilib.Tapılan türbənin ölçüsünə, mürəkkəb quruluşuna və zəngin məzmununa görə tədqiqatçılar onun Çjou sülaləsindən bu günə qədər qazılmış ən yüksək səviyyəli türbə olduğunu düşünürlər. Bu, qəbrin ehtimal ki, sülalənin imperatoruna aid olduğunu göstərir.

Qazıntıda iştirak edən arxeoloqlardan biri olan Qonq Şiçen Çin dövlət xəbər agentliyi “Sinxua”ya verdiyi açıqlamada bildirib ki, bu tapıntılar Çjou sülaləsinin siyasi, iqtisadi, mədəni, texnoloji və sosial vəziyyətinin hərtərəfli mənzərəsini təqdim edə bilər.

Tədqiqatçılar məzar təbəqəsinin 3D modelini yaratmaq üçün qabaqcıl rəqəmsal skan, ölçmə və xəritəçəkmə üsullarından istifadə ediblər.

Paylaş: