22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin bu il kosmik stansiyaya iki ekipajlı missiya göndərəcək

01-03-2024

Çin bu il Tienqonq Kosmik Stansiyasına iki ekipajlı missiya göndərəcək.

Fhnews.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Çin Kosmik Agentliyi “Şinjou-18” və "Şinjou-19" missiyaları ilə Tienqonq Kosmik Stansiyasına yeni astronavtların göndərilməsini planlaşdırır.

Agentlikdən verilən məlumata görə, yeni ekipaj üzvlərinin adları artıq məlumdur və onların təlim prosesi davam edir. Eyni zamanda, astronavtların ehtiyaclarını ödəmək üçün iki tədarük uçuşunun da həyata keçirilməsi nəzərdə tutulur. Heyət üzvləri “Şinjou”, təchizat isə “Tiencou” raketləri ilə stansiyaya çatdırılacaq.

ABŞ-ın kosmosun tədqiqi sahəsində Pekinlə əməkdaşlığa qadağa qoyması və Beynəlxalq Kosmik Stansiya proqramında iştirakına mane olması səbəbindən Çin orbitə öz kosmik stansiyasını çıxarıb. Əsas və iki laboratoriya modulundan ibarət olan Tienqonq Kosmik Stansiyasına kosmik teleskopun əlavə edilməsi də planlaşdırılır.

Stansiyanın əsas hissəsi olan “Tienhi” modulu 2021-ci il aprelin 29-da, ilk laboratoriya modulu “Vintien” 2022-ci il iyulun 24-də, ikinci laboratoriya modulu “Mingtien” isə 2022-ci il oktyabrın 31-də işə düşüb.

Paylaş: