Çikaqo çayı yenidən yaşıl rəngə boyandı
Amerika Birləşmiş Ştatlarında hər il Küləkli Şəhər kimi tanınan Çikaqoda Müqəddəs Patrik Günü tədbirləri çərçivəsində şəhərin mərkəzindəki çay yaşıl rəngə boyanıb.Hər il Müqəddəs Patrik Günü tədbirləri zamanı ən yaşıl görüntülərə ev sahibliyi edən şəhər kimi ABŞ-nın Küləkli Şəhəri seçilir.
Çikaqo çayı hər il İrlandiya mədəniyyətinin bu ənənəvi günündə aparıcı rol oynayır.
Sözügedən boyanın düsturu açıqlanmasa da, bu maddənin təbiətə heç bir zərəri olmadığı dəfələrlə bəyan edilib.Minlərlə şəhər sakini və turist suyun yaşıllaşdığını seyr etmək üçün bölgəyə axın edib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...