Çankırıda şiddətli tufana dözməyən məscidin minarəsi yıxılıb
Çankırıda şiddətli fırtınaya tab gətirə bilməyən qoşa minarəli məscidin bir minarəsi uçub. Həmin anlar mobil telefonla saniyə saniyə çəkilib. Görüntülərdə vətəndaşların yaşadıqları qorxulu anlar öz əksini tapıb.
Meteorologiyanın fırtına proqnozlaşdırdığı və sarı kodla xəbərdar etdiyi Çankırıda güclü külək və yağış təsirli oldu. Şəhərin mərkəzində Əbdülhalik Renda səmtindəki Taş Məscid küçəsində yerləşən Bademlik məscidinin iki minarəsindən biri fırtınaya tab gətirə bilməyib və uçub.
Hadisə zamanı can itkisi və yaralanan olmasa da, minarənin çökdüyü bir iş yerinə və hərəkətdə olan avtomobilə maddi ziyan dəyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...