CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb
Cənubi Afrika Respublikasında (CAR) tikilməkdə olan binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Anton Bredel bildirib. Qeyd olunub ki, son sutka ərzində dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb. Ümumilikdə 40 nəfər xilas edilib, 39 nəfər isə itkin düşmüş hesab olunur.
Xatırladaq ki, mayın 6-da ölkənin cənub sahilində yerləşən Corc şəhərində tikilməkdə olan bina çöküb.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...