Cənubi Çin dənizində Filippin və Çin sahil mühafizə gəmiləri toqquşub
Filippin Cənubi Çin dənizində mübahisəli bölgə olan Ayungin Şolunda onun sahil mühafizə gəmisinin Çin gəmisi ilə toqquşduğunu bildirib. Filippin Sahil Mühafizəsinin sözçüsü Jay Tarriela Filippin və Çinə aid sahil mühafizə gəmilərinin ləvazimat göndərmə əməliyyatı zamanı Ayungin Shoalda bir-biri ilə qarşılaşdıqlarını deyib.
Tarriela Çin sahil mühafizə gəmisindəki personalın məsuliyyətsiz və qeyri-qanuni davranışı səbəbindən Filippin sahil mühafizəsinə aid "BRP Sindangan" qayığı ilə toqquşduğunu və kiçik ziyana səbəb olduğunu bildirib.Filippin sahil mühafizə gəmisinin hərbi təchizat əməliyyatlarını müşayiət etmək üçün bölgədə olduğunu qeyd edən Tarriela "Sahil təhlükəsizlik qayıqlarımız əməliyyat boyu Çin gəmiləri tərəfindən təhlükəli manevrlər və təcavüzlərlə üzləşib"-deyə əlavə edib.
Qeyd edək ki, Cənubi Çin dənizi sahilyanı ölkələrin müstəqillik əldə etdikləri İkinci Dünya Müharibəsindən sonrakı dövrdən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzində olub.Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin yüzdə 80-dən çoxunun suverenliyini iddia edərkən, Vyetnam, Bruney və Malayziya ilə yanaşı Filippin də yeraltı sərvətlərlə zəngin bölgədə haqq iddia edir. ABŞ region ölkələri ilə yanaşı, Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə və hərbi ünsürləri ilə yanaşı mülki gəmi donanması ilə də mövcud olmasına qarşıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...