Cənubi Afrikada yol qəzası 45 nəfərin ölümünə səbəb olub
Botsvanadan Cənubi Afrikanın Limpopo əyalətinin Moriya şəhərinə gedən sərnişin avtobusu körpüdən uçuruma düşüb. Cənubi Afrikanın Nəqliyyat Nazirliyi sərnişin avtobusunun xəndəyə yuvarlanması nəticəsində nəqliyyat vasitəsində olan 46 nəfərdən 45-nin öldüyünü, 8 yaşlı uşağın isə ağır xəsarətlərlə qəzadan sağ çıxdığını açıqlayıb.
Açıqlamada bildirilir ki, sürücünün idarəetməni itirərək körpünün üzərindəki maneələrə çırpılması nəticəsində avtobus körpünün üstündən keçərək uçuruma yuvarlanıb və orada alovlanıb. Qəza yerində olan ölkənin Nəqliyyat naziri Sindisive Çikunqa hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaqlarını bildirib.
Qeyd edək ki, avtobusun qəzaya uğradığı körpü Limpopo əyalətinin Mmamatlakala yaxınlığındakı iki yamacı birləşdirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...