Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji baxışı
Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində söylədikləri enerji təhlükəsizliyi, iqlim dəyişikliyi məsələlərinin real vəziyyətini və yaranmış şəraitdən çıxış yollarını göstərdiyi üçün əhəmiyyətlidir.
Fhnews.az Milli Məclisin deputatı professor Musa Qasımlının “Cənub Qaz Dəhlizi: Azərbaycanın strateji baxışı” məqaləsini təqdim edir.
Ötən illər ərzində Azərbaycan dövləti Cənub Qaz Dəhlizini reallaşdırmaqla bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərib, geniş əməkdaşlıq qurub, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamağa başlayıb. Bu isə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, onunla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb.
Azərbaycan gələcəyə baxır
Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi Azərbaycanda dayanıqlı enerjinin necə idarə edildiyini göstərir. Azərbaycan bu işi ənənəvi təbii ehtiyatlarının çatışmadığına görə deyil, neft-qaz satışından əldə edilən gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməyə töhfə verməklə buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmağa və yol göstərməyə görə edir. Bu məsələdə Azərbaycanın böyük potensialı var. COP29-un Azərbaycanda keçirilməsi onun mərkəzi ölkəyə çevrildiyini göstərir.
Prezident İlham Əliyev bildirdi ki, ətraf mühitin vəziyyətinə görə neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyildir. Həmin ölkələr ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Məlum olduğu kimi, çarizm və sovet dövrlərində Azərbaycan nefti və qazı Mərkəz tərəfindən sorulub aparılır, yerində mazutlu gölməçələr qalırdı. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu neft strategiyasının uğurla həyata keçirilməsi bu vəziyyəti kökündən dəyişdirdi. Azərbaycan digər ölkələrin üzləşdiyi sindromlarla qarşılaşmadı. Təbii sərvət olan neft və qazın milli sərvətə çevrilməsi, ədalətli paylanması hesabına ölkə yenidən quruldu, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdı. Bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdir. Azərbaycan nümunə götürüləsi ölkədir və öyrəniləsi çox şey var.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...