22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu ilin birinci rübündə 44 milyona yaxın sərnişin Türkiyənin hava yollarından istifadə edib

08-04-2024

Bu ilin birinci rübündə 23 milyondan çoxu xarici reyslər olmaqla, ümumilikdə 44 milyona yaxın sərnişin Türkiyənin hava yollarından istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Mart ayı üzrə statistik rəqəmlərə toxunan nazir deyib ki, Türkiyənin hava limanlarına ay ərzində daxili relslərlə eniş və qalxış edən təyyarələrin sayı 67 min 539-a, beynəlxalq marşrutlarda isə 54 min 922-yə yüksəlib. Türkiyənin hava sahəsindən istifadə edən təyyarələr də daxil olmaqla martda ölkə üzrə ümumilikdə 165 min 329 uçuş qeydə alınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

O, Türkiyənin hava yolları vasitəsilə yükdaşımanın 1 milyon 966 tona çatdığını deyib.

Paylaş: