Braziliyada supermarketin damının uçması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb
Braziliyanın cənubundakı Pontal-du-Parana şəhərində supermarketin damı uçub. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.
Faciə yüzlərlə insanın açılış mərasiminə qatıldığı “Super Rede Atacadista” supermarketində baş verib.
Supermarketin su çənləri damın uçmasına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...