Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində on gündən çox davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 107-yə yüksəlib.
Fhnews.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir. Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1 milyon 476 mindən çox insan zərər çəkib, 136 nəfər itkin düşüb.
Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb.
Xatırladaq ki, 2023-cü ildə ekstremal hava şəraiti regionda 100-dən çox insanın ölümünə səbəb olmuşdu.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...