13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

13-05-2024
IMG

Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.

Fhnews.az xəbər verir ki, bu barədə yerli G1 portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.

81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Paylaş: