BP-nin regional prezidenti Qəri Counz Baş nazir Əli Əsədovu təbrik edib
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda deyilir: “BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz möhkəm cansağlığı və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Bu il “Azəri-Çıraq-Günəşli”nin tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsi”nin 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan Hökuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq.
Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...