Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkməndən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bu il fevralın 7-də keçirilmiş seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Britaniya parlamentində Azərbaycanla dostluq qrupu adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Bu inamlı qələbə Sizin Azərbaycan xalqına sədaqətli xidmətinizin və xalqın Zati-alinizə olan güclü etimadının göstəricisidir.
Ölkələrimiz arasında strateji tərəfdaşlıq adlandırdığımız güclü ikitərəfli əlaqələr mövcuddur. Böyük Britaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində və genişlənməsində parlamentlərarası əlaqələrin mühüm rolu olmasından məmnunluq duyuruq.
Qarşıdakı illərdə Böyük Britaniya-Azərbaycan əlaqələrini daha da gücləndirmək üçün Sizinlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Fürsətdən istifadə edərək Azərbaycanı bu ilin noyabrında
COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirəm və Böyük Britaniyanın COP-un uğurla keçirilməsində ölkənizə dəstək verməyə hazır olduğunu vurğulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, o cümlədən Azərbaycan Respublikasına daimi rifah diləyirəm.
Hörmətlə,
Bob Bləkmən
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü,
Azərbaycanla dostluq qrupunun sədri
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...