Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvləri oldu
Bolqarıstan və Rumıniya da quru yolu ilə Avropa İttifaqının Şengen vizasız səyahət zonasına qoşulub. Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın quru yolu ilə Şengene daxil edilməsi qərara alınıb.İki ölkə martın 31-də Aİ-nin dəniz və hava yolu ilə azad səyahət zonasına daxil edilmişdi.
Hollandiya, Macarıstan və Avstriya Bolqarıstan və Rumıniyanın sonuncu dəfə Şengenə qoşulmağına əngəl olmuşdu. Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına üzv olublar.
Ginnesin Rekordlar Kitabına düşən...
Avropada uşaqları qorumaq üçün...
Türkiyə Silahlı Qüvvələri daşqınlardan...
Belçika son həftələrdə "gün işığı...
Beynəlxalq Enerji Agentliyi: Bu il...