Boliviyada son 3 ayda yağan güclü yağışlar nəticəsində 52 nəfər ölüb
Cənubi Amerika ölkəsi Boliviyada son 3 ayda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 52 nəfər həyatını itirib.Ölkə mətbuatında yer alan xəbərə görə, başda La Paz olmaqla bir çox şəhərə təsir edən yağışlar çoxsayda insan itkisinə və dağıntılara səbəb olub.
Ölkə rəsmilərinin açıqlamasında leysan yağışların 133 qəsəbədə daşqınlara səbəb olduğu və 51 min 668 insanın bu vəziyyətdən zərər çəkdiyi bildirilib.
Yağışlar nəticəsində 911 ev tamamilə, 1251 ev isə qismən dağılıb, bəzi rayonlarda “qırmızı həyəcan” elan edilib.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...