BMT Təhlükəsizlik Şurasının iclası ABŞ-da baş verən zəlzələyə görə dayandırılıb
BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası zəlzələ səbəbindən bir müddət dayandırılıb. İclas aprelin 5-də BMT-nin yutub kanalında yayımlanıb.
Fhnews.az xəbər verir ki, Təhlükəsizlik Şurasının palatasında çıxış edənlər və jurnalistlər yerli vaxtla saat 10:20-də yeraltı təkanlar hiss ediblər. Bundan sonra iclas yarımçıq kəsilib və daha sonra davam etdirilib.
Nyu-York hakimiyyəti sakinləri təşvişə düşməməyə və evlərini tərk etməməyə çağırıb.
Hazırda Nyu-York şəhərinin nəqliyyat sistemində hər hansı nasazlıq barədə məlumat yoxdur. Con Kennedi Beynəlxalq Hava Limanı işini normal rejimdə davam etdirir.
Qeyd edək ki, Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ qeydə alınıb. İtki və fəsadlar barədə məlumat yoxdur.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...