22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT: Çadın 6 milyon əhalisinin ərzaq yardımına ehtiyacı var

11-05-2024
IMG

Qonşu Sudandan olan 500 min qaçqına sığınacaq verən Çadın 18 milyonluq əhalisinin üçdə biri ərzaq təhlükəsizliyinə və qida yardımına ehtiyac duyur.

Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb. İqlim dəyişikliyi, təhlükəsizlik üçün təhdidlər, ərzaq və yanacağın qiymətlərinin artması səbəbindən ölkədə vəziyyətin daha da gərginləşdiyi qeyd edilib. Belə ki, mart ayından bəri Çad leysan yağış və daşqınlardan əziyyət çəkir, əhali qeyri-qanuni silahlı qruplaşmaların hücumlarına məruz qalır.

Hazırda ölkədə 2,4 milyon insanın qida çatışmazlığı ilə üz-üzədir. Bildirilib ki, əgər əsaslı yardım göstərilməsə, bu rəqəm yaxın vaxtda 3,3 milyona qədər arta bilər.

Məlumatda 2024-cü il üçün Çadın humanitar ehtiyaclarnın cəmi 6,6 faiz maliyyələşdirildiyi vurğulanılıb. BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Grifits maliyyələşdirilməmiş fövqəladə halları dəstəkləmək üçün fevral ayında Çada 15 milyon dollar ayırıb.

Paylaş: