BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib
BMT Baş Assambleyası 2026-cı ilin “Beynəlxalq Qadın Fermer İli” elan olunması barədə qətnamə qəbul edib.
Fhnews.az xəbər verir ki, qətnamə qadın fermerlərin aqro-ərzaq sistemlərində üzləşdiyi maneələrə, habelə bu sahədə həyata keçirilə biləcək təşəbbüslərə, siyasətlər və tədbirlər haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdən bəhs edir.
Bildirilib ki, bu məsələləri həll edərək gender bərabərliyinə və kənd təsərrüfatında bütün qadınların səlahiyyətlərinin artırılmasına nail olmaq mümkündür.
BMT Baş Assambleyası Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını (FAO) regional agentlikləri ilə birlikdə qətnamənin həyata keçirilməsi üçün çalışmağa çağırıb.
Yaponiya sahillərində 5,1 maqnitudalı...
Təbii fəlakət İspaniyada ÜDM-in artımına...
Somalidən olan 20-dən çox qaçqın Komor...
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...