Beynəlxalq hüquq üzrə ekspert Xocalı soyqırımı ilə əlaqədar Alman rəsmilərinə müraciət edib
Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmeyerə və Kansler Olaf Şolza müraciət ünvanlayıb.
Fhnews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Xocalı soyqırımının bəşər tarixinin ən amansız qətliamlarından biri olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfərin qəddarlıqla qətlə yetirildiyi, o cümlədən 8 ailənin tamamilə məhv edildiyi,1275 nəfərin əsir götürüldüyü və əsir götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin hələ də məlum olmadığı bildirilib.
Müraciətdə qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cı il tarixli qərarında Xocalının mülki əhalisi olan azərbaycanlıların məhv edilməsini “müharibə cinayəti və ya insanlığa qarşı cinayət” kimi qiymətləndirib.
Bundan əlavə, Xocalıda törədilənlərin BMT Baş Assambleyasının 21 dekabr 2010-cu il tarixli qərarına, 1949-cu il Cenevrə Konvensiyalarına, Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxaq Pakta, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyaya, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyaya, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya,Uşaq hüquqları haqqında Konvensiyaya tamamiylə zidd olduğu vurğulanıb.
Müraciətin sonunda dünyada sülh və əmin-amanlığın bərpası, soyqırım və buna bənzər zorakılıqların qarşısının alınması üçün Xocalı soyqırımının tanınmasının vacibliyi vurğulanıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...