25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Bəzi pandaların qəhvəyi rəngdə olmasının genetik əsası aşkarlanıb

05-03-2024

Çinli zooloqlar bəzi nəhəng pandaların rənginin qeyri-adi qəhvəyi və ağ görünməsinə səbəb olan genetik mənbəni müəyyən ediblər.

Fhnews.az Nature saytına istinadla xəbər verir ki, dünyanın ilk qəhvəyi pandası 1985-ci ildə Çinin şimal-qərbində yerləşən Şensi əyalətindəki dağlıq ərazidə aşkarlanmışdı.

Çin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Zoologiya İnstitutunun alimləri qəhvəyi-ağ rəngli gizai növünə aid üç panda ailəsinin, eləcə də digər 29 pandanın genomlarını ardıcıllıqla sıralayıblar.

ABŞ Milli Elmlər Akademiyasının “Proceedings” jurnalında dərc olunan araşdırmaya görə, “Bace2” adlı gendəki mutasiya prekursor zülalının parçalayıcı fermentini kodlaşdırır. Digər yerlərdən gətirilən 192 ağ-qara panda üzərində aparılan növbəti genom analizi isə onların heç birinin belə bir mutasiya daşımadığını ortaya çıxarıb.

Alimlərin sözlərinə görə, tədqiqatın nəticələr pandaların rənginin dəyişməsinin genetik əsasları olduğunu təsdiqləyib.

Paylaş: