Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
Fhnews.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ə.Əsədov təbrik mesajında M.Mişustinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında xeyirxah dostluq ənənələrinə, mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan çoxplanlı münasibətlərin möhkəmləndirilməsinə töhfəsini qeyd edib.
M.Mişustinin başçılıq etdiyi hökumətin fəaliyyətinin gələcəkdə də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və strateji tərəfdaşlığın dərinləşməsinə kömək edəcəyinə əminlik ifadə olunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...