4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir

02-05-2024
IMG

Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı bərqərar edir.

Fhnews.az xəbər verir ki, bunu Banqladeşin keçmiş səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.

İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması baxımından problem yarada bilər. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Dünyanın bəzi regionlarında "parçala və hökm sür" strategiyasından istifadə olunur. Bu, aqressiv idarəçilikdir və çox yanlışdır. Ümumiyyətlə, müxtəlif perspektivlərin olması qərarvermə prosesində vacib amillərdəndir. Fikrimcə, bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün də ortaq təməllər tapılmalıdır. Universal insan hüquqları və dəyərləri qiymətləndirilməlidir”.

Paylaş: