Azərbaycan və Ermənistanın parlament sədrləri dialoqun davam etdirilməsi barədə razılığa gəliblər
Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.
Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib. Konstruktiv atmosferdə keçən görüşdə tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...