Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında məlumat verib.
“Əvvəlcədən edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, - deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...