Azərbaycan və Belarus XİN rəhbərləri ikitərəfli münasibətləri müzakirə ediblər
Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleinik ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Bununla yanaşı, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma, turizm sahələri də daxil olmaqla, iqtisadiyyatın digər istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazirlər iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası Komissiyanın 2023-cü il mayın 15-də baş tutmuş 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıblar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.
Nazirlər, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma-bərpa məsələlərini, Belarusun prosesə mümkün töhfələrini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarını, həmçinin bölgədə mövcud mina təhdidi barədə ətraflı məlumatlandırıb.
Görüşdə zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...