13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Ayda reklam yerlərinin satışı üçün hazırlıqlara başlanılıb

01-04-2024

Ayın iqtisadiyyatının  2040-cı ilə qədər təxminən 142 milyard avroya çatacağı təxmin edilir. ABŞ-da yerləşən kosmos startapı kreativ agentliklə razılaşdıqdan sonra Ayda reklam sahəsi satmağı planlaşdırır. Kaliforniyada yerləşən “Astrolab” şirkəti artıq SpaceX ilə cip ölçülü kəşfiyyat vasitəsini yeni nəsil Starship raketi ilə Yerin təbii peykinə göndərmək üçün müqavilə bağlayıb.

Flex lunar rover 2026-cı ildə buraxıla bilərdi, lakin həm Starship raketi, həm də Aysal rover hələ də inkişaf mərhələsindədir.” Astrolab” və “Group of Humans” agentliyi arasında imzalanan razılaşma brendlərə buggy tipli Ay avtomobilində reklam etmək imkanı verə bilər.

“Group of Humans”ın qurucusu Rob Noblenin fikrincə, brendlər özlərini atmosferin olmadığı və cazibə qüvvəsinin məhdud olduğu bir vəziyyətdə yerləşdirməklə həqiqətən fərqlənə bilər. 

“Astrolab” 1,5 tona qədər avadanlıq daşıya bilən və saatda 24 kilometrə qədər sürətlə hərəkət edən avtomobilinin Aya səyahət etmək üçün ən böyük və ən bacarıqlı rover olduğunu iddia edir.

Avropa Kosmik Agentliyinin hesablamalarına görə, Ay iqtisadiyyatı 2040-cı ilə qədər təxminən 142 milyard avro dəyərində ola bilər.

Paylaş: