Atatürkün "Acar qayığı"
Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün dənizlə son əlaqəsi kimi tanınan “Acar qayığı” yenilənmiş əşyaları ilə Çanaqqala Dəniz Muzeyində xüsusi günlərdə ziyarətçilərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Atatürkün Savarona yaxtasından Dolmabahçe Sarayına hərəkət etdiyi "Acar qayığı" Çanaqqala Dəniz Muzeyinin ən maraqlı ziyarət yerlərindən biridir. 1936-1937-ci illərdə Almaniyada inşa edilən "Acar qayığı" Boğazda müxtəlif diplomatik missiyalarda istifadə olunduqdan sonra 2017-ci ildə Çanaqqala Dəniz Muzeyinin inventarına götürülüb.
Burada Atatürkün nahar etdiyi qonaq otağı və iş otağı diqqət çəkir. Çanaqqala Dəniz Muzeyi Komandiri Polkovnik Serhan Aras verdiyi açıqlamada Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün Savarona Yaxtasına diplomatik səfərləri və dönüş transferləri zamanı “Acar qayığı”ndan istifadə etdiyini bildirib.“Acar qayığı” Türkiyəyə gətirildikdən sonra Hərbi Dəniz Qüvvələrinə daxil olduğunu və Prezident yaxtası kimi xidmət etdiyini bildirən Aras onun 2017-ci ildə muzey inventarına daxil edildiyini bildirib və əlavə edib ki, bu gəmi əslində Atamızın dənizlə son əlaqəsidir. Ona görə də bizim üçün son dərəcə qiymətlidir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...