22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antalyada teleferikdə qəza: 1 ölü, 7 yaralı var

13-04-2024

Antalyanın Konyaaltı səmtində teleferik kabinəsinin çökərək uçması nəticəsində 1 nəfər ölüb, 2-si uşaq olmaqla 7 nəfər yaralanıb. Tükiyənin Daxili işlər naziri Əli Yerlikaya bölgəyə gecə uçuş qabiliyyətinə malik Jandarma vertalyotunun göndərildiyini açıqlayıb. Ədliyyə naziri Yılmaz Tunç qəza ilə bağlı təhqiqatın başladığını bildirib. 

Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek bütün mütəxəssis qrupların hadisə yerində olduğunu və zərərşəkənləri təhlükəsiz şəkildə xilas etməyə çalışdıqlarını bildirib. AFAD teleferik qəzasında 18 nəfərin təxliyə edildiyini və xilasetmə işlərinin peşəkar qruplar tərəfindən davam etdirildiyini açıqlayıb. Hadisə zamanı Memiş Gümüş həyatını itirib, Özlem Şahin, Kaan Akgün, Fatih Gümüş, Keziban Çapar Gümüş, Lütfullah Kərim Gümüş, Herdem Eyüpoğlu və Qırğızıstan əsilli Akmaral Abdyldaeva isə yaralanıb.Qəzadan sonra teleferik sisteminin dayanması səbəbindən çox sayda insan hava kabinlərində sıxışıb qalıb.

Qapalı qalan insanların sağ-salamat yerə endirilməsi üçün səylərin göstərildiyi və ətraf əyalətlərdəki xilasetmə qruplarından dəstək istəndiyi bildirilib. Daxili işlər naziri Ali Yerlikaya teleferik qəzası ilə bağlı sosial media hesabında açıqlama verib.

Gecə uçuş qabiliyyətinə malik Jandarma vertalyotu 25 kabinədə cəmi 184 nəfərin təxliyyəsi üçün yerli vaxtla saat 20:00-da Aydından bölgəyə yol alıb.

Paylaş: