Antalya Diplomatiya Forumu bu gün başa çatır
Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu bu gün başa çatacaq.
Fhnews.az xəbər verir ki, tədbirin son günündə “Diplomatiyada qadın”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq?”, “Süni intellekt və diplomatiya: Yeni sərhədlərin idarəolunması”, “Ortaq gələcəyimiz: Qlobal sülh üçün gənclik”, “Regional əməkdaşlıqda mədəniyyət və təhsilin rolu” kimi mövzular müzakirə olunacaq.
Həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın forumun yekunları ilə əlaqədar mediaya açıqlama verməsi gözlənilir.
Milli Məclisin növbəti iclasının...
Ermənistan ordusu tərəfindən Başlıbel...
Başlıbel faciəsinin şahidi: Ermənistan...
Bəhreynin xarici işlər naziri...
Azərbaycanın NATO yanında...