22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ankara Sənaye Palatasının İdarə Heyətinin sədri Seyid Ardıçdan

16-02-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla bu il fevralın 7-də bütün Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələrinin Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.

Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmlənəcəyinə inanıram.

Cənab Prezident, Sizə dərin ehtiramımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Seyid Ardıç

Ankara Sənaye Palatasının İdarə Heyətinin sədri

Paylaş: