Almaniyada 4200 illik "zombi məzarı" tapılıb
Almaniyada təxminən 4200 illik "zombi məzarı" aşkar edilib. Məzar Saksoniya-Anhalt əyalətinin Abidələrin Mühafizəsi və Arxeologiya Departamentinin arxeoloqları tərəfindən Oppin şəhəri yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilib.
Tunc dövrünə aid olan məzardakı qalıqlar 40-60 yaşları arasında vəfat etmiş bir kişiyə məxsusdur. Bədənin aşağı hissəsində böyük bir daş blokun qaldığını qeyd edən tədqiqatçılar bunun mərhumun dirilməsinin qarşısını almaq üçün qoyulduğunu deyirlər."Biz bilirik ki, hətta daş dövründə də insanlar kabuslardan qorxurdular. O zaman belə hesab edilirdi ki, ölülər bəzən qəbirlərindən çıxmağa çalışırlar"-deyə layihə rəhbəri Suzanna Friderix deyib.
Arxeoloqlar bu dəfn yerini Beaker və ya saxsı mədəniyyəti ilə əlaqələndirirlər. Eramızdan əvvəl 2800-cü ildə Avropada meydana çıxan bu xalq qitənin qərbinə və Afrikanın bəzi hissələrinə yayılmışdır. Beaker xalqı qəbirlərdə dulusçuluq kimi əşyalar qoyması ilə seçilir. Avropanın müxtəlif yerlərində ölülərin dirilməsi qorxusunu göstərən zombi məzarları görünsə də, bəziləri daha yaxın dövrlərə aiddir. Bəzi dəfn yerlərində meyitlərin çəkisini azaltmaq üçün qol və ayaqlarına daş bağlandığı, bəzilərində isə ağızlarına daş qoyulduğu müşahidə edilmişdir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...