22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər qan yığımını asanlaşdıracaq yeni cihaz hazırlayıblar

10-05-2024
IMG

Tədqiqatçılar zəlilərdən ilhamlanaraq insanlarda qan yığımını asanlaşdıracaq yeni cihaz hazırlayıblar.

İsveçrə Federal Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış vantuz formalı cihaz xəstənin yuxarı qoluna və ya kürəyinə yerləşdirilir. Sorma kuboku formalı qabın içərisində kənardan yüngül təzyiq tətbiq edildikdə dəriyə nüfuz edən mikro iynələr var. Beləliklə, cihaz sözün əsl mənasında damarlardan qısa müddətdə qanı sorur və qaba doldurur. “Advanced Science” jurnalında dərc edilən araşdırmada cihazın qiymətinin çox aşağı olduğu, buna görə də malyariya kimi xəstəliklərlə mübarizə aparan yoxsul Afrika ölkələrində effektiv şəkildə istifadə oluna biləcəyi vurğulanıb.

Bundan əlavə, konteynerin içindəki mikro iynələr ümumiyyətlə qan toplamaqda istifadə olunan böyük iynələrlə müqayisədə yaralanma riskini minimuma endirir.Elm adamları  əslində cihazı başqa bir araşdırmaya əsaslanaraq dizayn etdiklərini söyləyiblər. Alimlər  bəzi dərmanları ağızın içini örtən selikli qişa vasitəsilə qana daşıyan bir vantuz hazırlayarkən, belə bir cihazın qan toplama prosedurlarında istifadə oluna biləcəyini də anladıqlarını deyirlər. Tədqiqatçılardan David Klein bu əvvəlki layihədə zəlilərin necə qan udduğunu araşdırdıqlarını və cihazı bu modelə uyğun hazırladıqlarını söyləyib.

2,5 santimetrlik qabın xarici hissəsi silikondan, mikro iynələr isə poladdan hazırlanıb. Bununla belə, tədqiqatçılar gələcəkdə onu tamamilə təkrar istifadə edilə bilən materiallardan istehsal etməyi hədəfləyirlər.Hələlik alimlər cihazı yalnız donuzlar üzərində sınaqdan keçiriblər. Alimlər layihəni genişləndirməyi və bunu  insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar.

Paylaş: