13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Alimlər  xəbərdarlıq edir: "Uşaqlara 13 yaşına qədər telefon verməyin"

02-05-2024
IMG

Fransada aparılan araşdırmada uşaqların 13 yaşına qədər smartfondan istifadə etməmələrinin lazım olduğu bildirilib.

Fransa prezidentinin göstərişi ilə yaradılan komissiya sosial media və smartfonların uşaqlara təsirini araşdırıb.Nevroloq Servane Mouton və psixiatr Amine Benyaminanın rəhbərlik etdiyi qrupun araşdırmasında uşaqların texnologiya sənayesinin qazanc məqsədli  strategiyalarından qorunması lazım olduğuna diqqət çəkərək bildirilib ki, şirkətlər uşaqları ekran qarşısında kilidləyir, onlara nəzarət edir və onların vasitəsilə pul qazanır.

Araşdırmada uşaqların 6 yaşından əvvəl rəqəmsal ekranlara məruz qalmaması və 13 yaşına qədər smartfonlardan istifadə edilməməsi qeyd edilib.

Mütəxəssislər bildiriblər ki, 11-13 yaşlı uşaqlara verilən telefonlarda internet bağlantısı olmamalıdır.Tədqiqatçılar həmçinin uşaqların 18 yaşına qədər Instagram, TikTok və Snapchat kimi sosial media proqramlarından uzaq tutulmasını tövsiyə ediblər.Araşdırmada  valideynlərin də uşaqlar qədər texnoloji sənayenin qurbanı olduqları təsdiqlənib. 

Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” yazıb ki, komissiyanın hesabatından sonra məsələ ilə bağlı hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Paylaş: