Alimlər Antarktidada minlərlə pinqvinin tələf olması səbəblərini araşdırır
Quş qripi virusunun artıq Antarktidada minlərlə pinqvini öldürdüyü bildirilir.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avstraliya Federasiya Universitetindən verilən açıqlamaya görə, keçən ay elmi ekspedisiya ən azı 532 ölü Adelye pinqvinini tapdıqdan sonra tədqiqatçılar geniş araşdırmaya başlayıblar. Onlar daha minlərlə quşun tələf olduğunu güman edirlər.
Tədqiqatçılar ölümcül H5N1 - quş qripi virusunun pinqvinləri tələf etdiyindən şübhələnsələr də, onların çöl testləri nəticəsiz qalıb. Nümunələr laboratoriyalara göndərilib və tədqiqatçılar gələcək aylarda cavab gələcəyinə ümid edirlər.
Alimlər bir çox hallarda ölümcül olan H5N1 qripinin uzaq cənub qitəsində nəsli kəsilməkdə olan pinqvin və digər heyvan növlərini məhv edə biləcəyindən narahatdırlar. Bu xəstəlik 2022-ci ildə Cənubi Amerikaya gəldikdən sonra vəhşi təbiətdə həmişəkindən daha aqressiv şəkildə yayılıb və sürətlə Antarktidaya doğru istiqamətlənib. Burada ilk H5N1 hadisəsi cari ilin fevral ayında təsdiqlənib.
Son ekspedisiyada iştirak edən Avstraliya Federasiya Universitetinin vəhşi təbiət bioloqu Meqan Dyuar bildirib ki, bu, artıq iqlim dəyişikliyi və digər ekoloji streslərdən təsirlənən vəhşi təbiətə böyük təsir göstərmək potensialına malikdir. O bildirib ki, tələf olmuş Adelye pinqvinləri Heroina adasında mənfi dərəcədə temperaturda donmuş və qarla örtülmüş vəziyyətdə tapılıb.
Dyuar və kiçik tədqiqat qrupu böyük adadakı bütün pinqvin cəsədlərini saya bilməyiblər və hesab edirlər ki, sonrakı həftələr və ya aylar ərzində ümumilikdə bir neçə min quş tələf olub.
Heroina adasında hər il təxminən 280.000 Adelye pinqvini çoxalır. Dyuarın dediyinə görə, çoxalmanı başa vuran canlı pinqvinlər ekspedisiya gələnə qədər artıq hərəkət etmişdilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...