Əli Əsədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanı dünya birliyində qüdrətli dövlətə çevirib
Göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizidə keçirilən prezident seçkilərinə görə təbriklərimi çatdırıram. Qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək dövlətimizin başçımıza bir daha yüksək inam və etimadını göstərdi.
Fhnews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi möhtəşəm 20 ildə həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, dünya birliyində öz layiqli yerini tutan qüdrətli dövlətə çevirməsini təmin edib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...