"ALEF" adlı uçan avtomobilin təqdimatı olub
Uçan avtomobillərin reallığa çevrilməsi üçün görülən işlərə yenisi əlavə edilib. ABŞ-da hazırlanan "ALEF" adlı uçan avtomobil İspaniyada keçirilən "Mobil Dünya Konqresi"ndə təqdim edilib. Dizaynı ilə analoqlarından fərqlənən nəqliyyat vasitəsinin quruda hərəkət edərkən qarşılaşdığı maneələri keçə bildiyi iddia edilib. Gələcək texnologiyaların izlərini daşıyan İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində bir çox innovativ məhsullar nümayiş etdirildi.
Kaliforniya mərkəzli startap Alef Aeronauticsin bir müddətdir üzərində çalışdığı uçan avtomobil “Alef” ilk dəfə olaraq nümayiş etdirilib. ABŞ-da hazırlanan uçan avtomobil olduqca iddialı xüsusiyyətlərə malikdir.
Şəbəkə formalı karbon lifli korpusa sahib olan elektrik avtomobil gövdənin altındakı pərvanələrlə uça bilir.Uçan avtomobilin quruda 320 kilometr, havada isə 180 kilometr məsafə qət edəcəyi bildirilir.
Kaliforniyada yerləşən bir şirkət tərəfindən hazırlanan iki nəfərlik avtomobil İspaniyanın Barselona şəhərində davam edən “Mobil Dünya Konqresi”ndə böyük diqqət çəkib. Mütəxəssislər avtomobilin elektrik enerjisi ilə işlədiyini, lakin elektrikdən asılı olmadığını, hidrogen yanacaq elementlərindən də istifadə edə biləcəklərini bildiriblər. Həm quruda, həm də havada işləməsi nəzərdə tutulan, şaquli qalxıb enmə qabiliyyətinə malik olan uçan avtomobilin bir saat havada qalması nəzərdə tutulub.
Uçan avtomobilin ön sifariş qiymətinin 300 min dollar olduğu açıqlanıb. Şirkət rəsmiləri artıq 2500-dən çox sifariş aldıqlarını deyirlər.2019-cu ildə sürmə və uçuş sınaqlarına başlanan uçan avtomobilin 2025-ci ildə kütləvi istehsala girməsi hədəflənir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...