Ağdaş Suvarma Sistemləri İdarəsində hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirilib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Ağdaş Suvarma Sistemləri İdarəsində hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirib.
Məşqin keçirilməsinə FHN-in Aran Regional Mərkəzinin məsul əməkdaşları və Ağdaş Suvarma Sistemləri İdarəsinin rəhbər heyəti və mülki müdafiə qüvvələri cəlb edilib.
Məşqin keçirilməsində məqsəd müəssisənin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
FHN: Şadlıq evinin bir hissəsində baş...
AAYDA Şuşa şəhəri istiqamətində hərəkət...
Bəzi yerlərdə intensiv qar yağacaq -...
Bakıda tıxac olan yollar açıqlanıb –...
Xəzər dənizində zəlzələ qeydə alınıb...