Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib.
Fhnews.az xəbər verir ki, sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edib.
Ağdam Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxışı zamanı diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri aparılır, yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir. "2026-cı ilin sonunadək Ağdamın Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə 292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur", - deyə o əlavə edib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, işğalçı qüvvələr bu şəhərdə bir dənə belə bina saxlamayıblar: “Müharibədən sonra minaların partlaması nəticəsində mədəni obyektlərin bərpası çətinləşib”.
Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin Azərbaycanın çox qədim tarixə malik olduğunu söyləyib. O, Qarabağ regionunda mədəni nümunələrin dağıdılmasını bəşəriyyətə qarşı cinayət adlandırıb. Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən Reymond Bondin Qarabağda mədəni irsə dəymiş ziyanı görərkən çox sarsıldığını qeyd edib. “Mən yazılarımda maltalıları burada baş verən hadisələr barədə məlumatlandırıram. Çünki Maltada bu haqda çox az bilirlər", - deyə Komissiyanın sədri bildirib.
Onun sözlərinə görə, qonşu dövlətin digər ölkənin mədəni irsinə bu qədər qəddarcasına yanaşması çox anlaşılmazdır.
BMT-nin İnkişaf Proqramında mütəxəssisi Qadim Tariq belə konfransların beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə müsbət təsir göstərdiyini vurğulayıb. “İşğaldan azad olunmuş zonalarda böyük miqyaslı dağıntılar baş verib. Burada yalnız fiziki ziyan vurulmayıb, bu həm də insanların psixologiyasına təsir edib", - deyə o əlavə edib.
ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin də bu problemlə üzləşdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsinin çox ciddi problem olduğunu deyən V.Ndoro bu istiqamətdə təcrübə mübadiləsinə ehtiyac olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə rəisi Ramil Əzizov Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazinin minalarla yüksək səviyyədə çirkləndirildiyini, 780 min hektar ərazinin isə orta və aşağı səviyyədə minalanmış hesab olunduğunu bildirib. "Ümumilikdə işğaldan azad olunmuş ərazilərə 1,5 milyona yaxın mina yerləşdirilib", - deyə İdarə rəisi əlavə edib.
Ramil Əzizov mədəniyyət nümunələrinin minalanması məsələsinə də toxunub.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...