Yasamalda mərasim evinin tavanı uçub, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.
Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi...
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...
Güzdək qəsəbəsində sexdə yanğın baş...
Nəsimi rayonunda baş verən yanğın...