Mina partlayışı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır
Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
Fhnews.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi...
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...
Güzdək qəsəbəsində sexdə yanğın baş...
Nəsimi rayonunda baş verən yanğın...