Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib, qayıq yedəyə alınaraq sahilə çıxarılıb (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.
Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi...
Lerik rayonu ərazisində dərəyə yıxılaraq...
Güzdək qəsəbəsində sexdə yanğın...
Güzdək qəsəbəsində sexdə yanğın baş...
Nəsimi rayonunda baş verən yanğın...