22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çinin atmosfer və kosmos mühitini müşahidə edən peykləri

27-03-2024

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.
Sinxua agentliyinin xəbərinə görə, “Yünhay-2 03” peykləri “Long Mart 6” raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Peyk Mərkəzindən orbitə buraxılıb.

Orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.

Buraxılış "Uzun Yürüş" raketləri ilə həyata keçirilən 514-cü uğurlu nəqliyyat missiyasıdır. Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyasının  hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğu bildirilsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün meteoroloji proqnozlarda istifadə olunmaq üçün hazırlandığını iddia edirlər.

Qeyd edək ki, “Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.

Paylaş: