Zambiyada fil 80 yaşlı amerikalı turisti öldürüb
Amerikalı turist qadın Zambiyada avtomobilə hücum edən “aqressiv” fil tərəfindən öldürülüb.
Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, hadisə ölkənin qərbindəki “Kafue” Milli Parkında baş verib. Adı açıqlanmayan 80 yaşlı qadın aldığı xəsarətlərdən həyatını itirib.
İnsident zamanı avtomobildə olan digər dörd turist isə yüngül xəsarətlər alıb. Polis və Milli Parklar Departamenti hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, bir müddət öncə Zambiyanın qonşuları Zimbabve və Botsvana ölkələrində fillərin sayının artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Zimbabvedə də son illər ölümcül fil hücumlarının sayında artım müşahidə olunur.
Hollandiyada yetişdirilən xüsusi lalə...
ABŞ-da kəpənək populyasiyası 22 % azalıb...
Antalyada anemon vaxtı......
Çay dəmləmək sağlamlıq üçün zərərli ağır...
İqlim dəyişikliyi şokolad istehsalına da...